hemle

"Güllələnmiş heykəllər"in alınaraq Azərbaycana qaytarılmasına 500 min dollar xərclənib

Tarix:21-04-2022, 12:34
Baxış Sayı:204

Erməni işğalı nəticəsində qarət edilərək Gürcüstana aparılan "Güllələnmiş heykəllər"in alınmasına xərclənən məbləğ açıqlanıb.

hemlemedia.az xəbər verir ki, bunu Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri" adlı Beynəlxalq Elmi Konfransda çıxışı zamanı qeyd edib.

O bildirib ki, heykəllərin alınması və Azərbaycana gətirilməsi üçün 500 min dollar xərclənib: "O heykəllərin Gürcüstanda metal kimi satılmasına cəhd olmuşdu. Gürcüstan hökümətinin köməyi ilə heykəllər alınaraq, Azərbaycana gətirilib. Artıq həmin heykəllər bərpa edilib və Şuşada, öz tarixi yerindir".

İcraçı direktor eyni zamanda, kilsələrdən 800 yaşı olan freskanın ermənilər tərəfindən oğurlanması faktını da diqqətə çatdırıb: "2000-ci ilin 23 dekabrında erməni keşiş müsahibəsi zamanı etiraf etmişdi ki, kilsədəki 800 illik freskanı qoparıb Ermənistana aparmışıq".

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat