hemle

Deputat Knyaz Həsənov: “Erməni və kürd xalqlarının ortaq düşməni Türk hökumətidir...”

Tarix:16-09-2020, 18:26
Baxış Sayı:1 064

Hələ Qarabağ hadisələri başlayanda 1992-ci ilə qədər İrəvanda Knyaz Mirzoyev adlı başqa bir kürd müəllim erməni televiziyasında çıxış edib Qarabağın erməni torpaqları olduğundan danışmışdı. Sonra Bakıdakı himayədarlarının köməyi ilə Azərbaycana gəlib Qazaxıstana qaçmağı bacardı. İndi başqa bir Knyaz erməni parlamentində kürd-erməni birliyinin zəruriliyindən danışıb Türkiyəni hər iki millətin düşməni elan edir...

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasından olan kürd millət vəkili Knyaz Həsənov bildirib ki, erməni və kürd xalqlarının ortaq düşməni - Türk hökumətidir və Türkiyənin uzaq planlarının qarşısını almaq üçün bu iki millətin əməkdaşlıq etməsi zəruridir.

Moderator.az Armenpress-ə istinadən xəbər verir ki, Həsənov bu fikri parlamentdəki çıxışı zamanı bildirib.

O, xatırladıb ki, bu ilin iyul ayında Azərbaycanın təxribatlarının ilk günlərindən etibarən Türkiyə hökuməti Azərbaycana dəstək bəyanatı ilə çıxış edib. “Türk səlahiyyətliləri, eyni mənada, hər gün açıq şəkildə deyirlər ki, Kürd Fəhlə Partiyası və harda yaşamasından asılı olmayaraq Kürd xalqı hər yerdə məhv edilməlidir. Türkiyə hər gün Kürd xalqına qarşı soyqırımı edir”- Həsənov deyib.

O, qeyd edib ki, Suriyadakı kürd mənbələrinin verdiyi məlumata görə 3-4 ay əvvəl Suriyadakı türk səlahiyyətlilərinin himayəsində olan İslamçı terrorçular Azərbaycana köçürülüb.“Türk hakimiyyət orqanlarının bu bəyanatlarını və hərəkətlərini qınayırıq, erməni xalqına dəstəyimizi bildiririk, hər zaman dəstəkləyəcəyik”.

"Erməni və kürd xalqlarının ortaq bir düşməni - Türk hökuməti olduğunu nəzərə alaraq, xalqlarımız bir-biri ilə əməkdaşlıq etməli, partiya səviyyəsində ünsiyyət qurmalı və türk hökumətinin xalqlarımızla əlaqəli uzaq planlarına qarşı çıxmalıdır"-deyə Həsənov çıxışını bitirib.
ATESH,AZ

Digər xəbərlər
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı
10:38 COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
10:33 Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
10:29 Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
09:22 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
09:15 Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq