hemle

Zakir Həsənov: Düşməni darmadağın etmək üçün...

Tarix:21-06-2020, 22:27
Baxış Sayı:653

Bizim düşməni darmadağın etmək üçün bütün imkanlarımız var və onlar bunu yaxşı bilir.

Atəş.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, Ermənistan tərəfinin Dağlıq Qarabağın ətrafında yerləşən və hazırda işğal altında olan rayonları bufer zona hesab etməsi cəfəngiyyatdır.

“Birincisi, bu absurd bəyanatdır. İkincisi, belə deyim, biz Naxçıvan Muxtar Respublikasını da unutmamalıyıq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişləri və qayğısı nəticəsində Naxçıvanda ən güclü ordu birləşmələri formalaşdırılıb, ayrıca Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Onların raket sistemi, reaktiv yaylım atəş sistemi mövcuddur. Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, onun strateji mövqeyi bizdə əminlik yaradır ki, düşmənə heç bir bufer zonası da kömək etməyəcək”, - Müdafiə naziri əlavə edib.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu