hemle

İrəvanda “Yük-200” şoku: səhv düşən əsgər meyitləridir?

Tarix:16-04-2020, 18:42
Baxış Sayı:335

İnsanlar kimi basdırdıqlarını bilmək istəyirlər. Tabutda yatan başqa adamdırsa, nə etməli? Bu problemi birtəhər həll edə bilərsinizmi?

Axar.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin aprelin 15-də keçirilən iclasında hakim Mənim Addımım blokundan olan deputat Sasun Mikaelyan deyib.

O, xaricdə koronavirus infeksiyası nəticəsində ölən ermənilərin daşındığı “Yük-200”-lərin (hərbi terminologiya: sink tabutlar — red.) açılmasına icazə verilmədiyini xatırladıb və deyib ki, məhz bu səbəbdən cəsədi tanıya bilməyən doğmaları ona şikayət edib.

İddiaya cavab olaraq Səhiyyə naziri Arsen Torosyan deyib ki, bu, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçündür:

“Cəsədin sink tabutla daşınması xüsusilə sənədlərin müşayiəti ilə aparılmalıdır, lakin bütün bu logistika nüanslarını yaxşı bilmirəm“.

Mikaelyan isə əlavə edib ki, bir neçə ay əvvəl bir əcnəbinin cəsədi olan tabutun səhvən Ermənistana çatdırılması faktı qeydə alınıb:

“Deyəsən, rus idi. Sizə 100 faiz deyirəm ki, bu belə olub. Nə danışdığımı bilirəm. Onun kodu səhv düşmüşdü və səhvən Ermənistana göndərilmişdi”.

Qeyd edək ki, Mikaelyan meyitlərin səhv düşməsində ad çəkməsə də, bunu “Yük-200” adlandırması və rusiyalı ilə qarışıq düşməsi faktı Suriyada və yaxud Dağlıq Qarabağda erməni əsgərlərin ölümü məsələsini gündəmə gətirib.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu