hemle

“BMW”ni dərədən aşıran “Kürd Elnur”la bağlı açıqlama

Tarix:12-05-2020, 19:57
Baxış Sayı:779

“BMW”ni dərədən aşıran “Kürd Elnur”la bağlı açıqlama (VİDEO)
Daxili İşlər Nazirliyi Bakıda “BMW” markalı avtomobilin dərədən vurularaq aşırılması ilə bağlı açıqlama yayıb.

Hit.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə avtomobilin dərəyə aşırılmasını əks etdirən videogörüntülərlə bağlı araşdırma aparılıb:

“Bakıxanov qəsəbə sakini Zamin Babayev polisə ərizə ilə müraciət edərək, ona məxsus “BMW” markalı avtomobilin tanışı, dəfələrlə məhkum olunmuş Elnur Abbasov tərəfindən qaçırılması və həmin şəxs tərəfindən dərəyə atılması barədə məlumat verib. Zamin Babayev qeyd edib ki, Elnur onun avtomobilini almaq istəyib və maşını yoxlamaq məqsədilə aparıb, lakin daha sonra qaytarmayıb.

O bildirib ki, Elnur Abbasov pul axtardığını və tapan kimi avtomobili alacağını deyib. Lakin mayın 11-də avtomobili dərədən aşırıb”.

Suraxanı rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (başqasının əmlakını məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.

"Report"-un xəbərinə görə, hadisəni törədən şəxs E.Abbasov salanılaraq istintaqa cəlb edilib.

Xatırladaq ki, Elnur Abbasov kriminal aləmdə “Kürd Elnur” ləqəbi ilə tanınır.

Qeyd edək ki, sözügedən videonu sosial şəbəkədə jurnalist Nurlan Cəfəri paylaşıb.

Digər xəbərlər
21:15 Əliyev Paşinyanla görüşə bilər: Sülh müqaviləsinin imzalanma yeri və vaxtı müəyyən edilir
21:13 Naxçıvanda sarı xəbərdarlıq elan edildi
21:10 Zakir Həsənov İsrailin müdafiə naziri ilə bu məsələləri müzakirə etdi
21:08 Sabah bu rayonlarda qaz olmayacaq
16:28 “Gənc İstedadlar Proqram”ında təcrübəçilərin fərdi mövzularının təqdimatı keçirildi
10:20 Beynimiz niyə sürətlə qocalır? - ƏSAS ƏLAMƏTLƏR
10:07 Pakistanda bazarda partlayış - Ölənlər və yaralananlar var
10:05 Həftənin ilk günü hava necə olacaq? - Proqnoz