hemle

Turanın yaradılmasına atılan addım

Tarix:8-08-2019, 15:55
Baxış Sayı:616

Qırğızıstan Respublikasının Ədliyyə nazirliyində "Dünya azərbaycanlılarının və digər türkdilli xalqların İttifaqı" ictimai birliyi rəsmi dövlət qeydiyyatından keçərək fəaliyyətə başlamışdır. Bir neçə türkdilli dövlətlərin nümayəndərənin təsisçiliyi ilə qeydə alınan İctimai Birliyin Prezidenti Nüsrət Məmmədov seçilmişdir. "Dünya azərbaycanlılarının və digər türkdilli xalqların İttifaqı" ictimai birliyinin əsas məqsədi türkdilli xalqların mədəniyyətini, tarixini, ədəbiyyatını təbliğ etməklə, türk dünyasının maraqlarını qorumaq birliyin priotetidir. Qeyd etmək yerinə düşər ki Nüsrət Məmmədov əvvəllər də türk dünyasının mədəniyyətini, tarixini, ədəbiyyatını təbliğ etməklə məşğul olub. Xatırladaq ki Nüsrət Məmmədovun təşəbbüsü və maliyə dəstəyi ilə bu günə kimi 114 kitab müxtəlif dillərə tərcümə edilib, nəşr olunub pulsuz yayılıb və yayılmaqda davam edir. 40 qədər də kitabın tərcüməsi hazırdır. Yaxın zamanlarda kitablar öz oxucularının ixtiyarına verilməsi nəzərdə tutulur. Bundan başqa iki film, - "Xoca" və "Ruhum Qarabağdandır"- tərcümə edilib dublyaj edilmişdir. "İki dahi şəxs..." adlı film çəkilmişdir. Əməkdar jurnalist, professor, Bakı Slavyan universitetinin jurnalistika fakültəsinin kafedra müdiri Şəlalə Həsənovanın müəllifi olduğu, "Ermənilərin Qafqaza köçü xronikası", "ilk xristian ölkəsinin izi ilə", "İrsimizə atəş açmayin", "Yerevanda azərbaycanlıların izi ilə" bu filmləri qırğız dilinə tərcümə edilmişdir, hazırda filmlər Çin dilinə tərcümə olunur. Çin dilinə tərcümə bitəndən sonra dublyaj olunub tamaşaçıların ixtiyarına veriləcəkdir. "Dünya azərbaycanlılarının və digər türkdilli xalqların İttifaqı" ictimai birliyi həmin işləri daha qlobal şəkildə aparacaq. Türk dünyasının problemlərini dünya xalqlarına çatdıracağını qarşısına məqsəd qoyub. Bir növ türk dünyasının lobbiçiliyini edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 050-333-88-00 WHATSAPP

Turanın yaradılmasına atılan addımTuranın yaradılmasına atılan addım

Digər xəbərlər
14:47 Biz ortaq idealları paylaşan üç qardaş ölkəyik - Ərdoğan
14:44 İlham Əliyev birgə hərbi təlimlərdən danışdı
14:42 Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldular - Yeniləndi
14:39 Ərdoğan: Can Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirəm
14:37 Moskvadan İrəvana müəmmalı xəbərdarlıq: Sünikdə gərginlik artır
14:32 Laçında Azərbaycan, Türkiyə və Pakistanın liderlərinin Zirvə görüşü keçirilir - CANLI
12:17 Laçın Beynəlxalq Hava Limanının açılışı oldu
12:12 Bakı və İrəvan bu məsələ ilə bağlı məsləhətləşmələr aparır - Paşinyan