Qırğızıstanda fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədovun müsahibəsinə əsasən bildirilir ki, Rusiyanın ikinci böyük mobil operatoru MeqaFon növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıq nümayiş etdirib. Beynəlxalq hüquqa, Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə məhəl qoymayan MeqaFon Ermənistan tərəfdən işğal edilən, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı öz xidmət xəritəsində müstəqil dövlət kimi göstərib. Şirkət Azərbaycanla Qarabağın guya fərqli ərazilər olduğunu vurğulamaq üçün danışıq tariflərini uyğun olaraq hər dəqiqə üçün 25 və 20 rubl müəyyən edib. Rusiya yaşayan bir sıra fəal Azərbaycanlılar Rusiyanın nəhəng rabitə şirkətlərindən olan MeqaFonun bu qərarından hiddətləndiyini bildirir, baş verənləri erməni separatçılarının lehinə provakasiya sayıb, bu cür provakasiyaların Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcəyindən narahatlıq keçirdiklərini bildiriblər MeqaFon-un qərarına etiraz edən Rusiyada yaşayan bir sıra fəal Azərbaycanlılar mobil operatoru beynəlxalq hüquq normalarına əməl etməyə çağırıb. Daha sonra həmin fəallar Meqafonun baş ofisinə daxil olaraq öz narazılıqlarını bildirib və şirkətin mətbuat xidmətinin rəhbərinə üzr diləməyi, səhifələrindəki yol verdikləri düzəltməyə məcbur ediblər.
Aksiyanın təşkilatçıları Ziyəddin Qulubəyli və Qırğızıstanda fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov. Şirkətin qapısının yanında uzanaraq narazılığını bildirən İbrahim, boykot edən- Nəriman Quliyev, videoya çəkən- Valid Əliyev, aksiya iştirakçıları; Tural Ağadsiyev, Taleh Məmmədov, Müslüm Yusifov, Hüseyn, Nəsimi, Ramin, Firudin, Saytda dəyişiklik etdirən, vəkil-Aydın Qurbanov və başqaları iştirak etmişlər.