hemle

Bakıda II Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu keçiriləcək - Atəş.az

Tarix:1-02-2017, 11:17
Baxış Sayı:606

Mayın 22-dən 24-dək Bakıda “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, simpozium Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Məqsəd simpozium vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini zənginləşdirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə qayğı və diqqətini göstərmək və insanların bu sahədə olan biliklərini daha da yüksəltməkdən ibarətdir.

Simpoziumda türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası və onların ümumi kökləri, ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər və bu sahədə yaşanan problemlər, xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, müasir dünya incəsənətində naxışların əhəmiyyəti və digər mövzularda məruzələr dinləniləcək. Məruzələr kitab şəklində nəşr edilərək kitabxana və simpozium iştirakçılarına paylanacaq.

Digər xəbərlər
10:52 Yaxın 5 il ərzində baş verəcək - Dünyanı görün hansı təhlükə gözləyir
10:48 Nazirlik valideynlərin narazılığına səbəb olan qərarı ləğv etdi
10:46 PUA hücumundan sonra Moskvada vəziyyət necədir?
09:19 Beşinci zəvvar qrupları bu gün Həcc ziyarətinə yola düşəcəklər
09:14 Rusiyadan Ermənistana "hərbi dil"də xəbərdarlıq: Moskva Qərbi Zəngəzurda nəyə hazırlaşır?
09:06 Bu vərdişdən qurtulmaq ömrü 9 il uzadı
08:59 Ukrayna Almaniya ilə pilotsuz təyyarələrin istehsalına dair razılığa gəldi
08:50 Laçın Zirvəsinin şifrələri: “Orta güc” Şərqi Zəngəzurdan hansı mesajı verdi?