hemle

“Mariupolu blokadadan çıxara bilərik” - Zelenski

Tarix:12-04-2022, 08:27
Baxış Sayı:175

Ukrayna kifayət qədər ağır silah alacağı təqdirdə Mariupol şəhərini blokadadan çıxara bilər.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi videomüraciətində deyib.

"Biz hələ də tərəfdaşlarımızdan silah tədarükündən asılıyıq. Təəssüf ki, öz torpağımızda düşməni tamamilə məhv etmək üçün bu müharibəni tez bir zamanda bitirmək üçün lazım olan qədər vəsait almamışıq", - dövlət başçısı deyib.

"Və hər bir vətəndaşımızın qarşısında duran vəzifələri yerinə yetirmək üçün, xüsusən Mariupolun blokadadan çıxarmaq üçün. Təyyarələrimiz, kifayət qədər zirehli texnikamız, artilleriyamız olsaydı, bunu edə bilərdik", - Prezident vurğulayıb.

Onun sözlərinə görə, silahların tədarükündə gecikmələr vaxt itkisi deməkdir: "Ukraynalılar həyatlarını itirir. Geri qaytarılması mümkün olmayan həyatlar. Bunun üçünsə məsuliyyət artıq Ukrayna üçün lazım olan silahları hələ də anbarlarda saxlayanların üzərinə düşür. Əbədi məsuliyyət tarixdə qalır və qalacaq”. //report//

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər