hemle

Məktəblilərin qazilərlə görüşü keçirilib.

Tarix:24-03-2022, 19:18
Baxış Sayı:267

”QÜRUR”şəhid ailələri xeyriyyə ictimai birliyi, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə,“ “Gənc nəslin vətənpərvərlik ruhunun tərbiyəsi istiqamətində tədbirlərin həyata keçirilməsi “layihəsinin icrasını uğurla davam etdirir. Təşkilat 01.03.22-ci il tarixində, Ağdam rayonunun Şəhid Allahverdiyev adına Alıbəyli kənd tam orta məktəbində tədbir həyata keçirdi. Tədbirdə 50 nəfər yuxarı sinif şagirdləri, Ağdamın 1-ci və 2-ci Qarabağ müharibəsinin qaziləri,veteranları və şəhid ailələri iştirak etdilər.Tədbiri təşkilatın sədri,layihə rəhbəri Naibə Behbudova açdı.İlk öncə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra layihə haqqında məlumat verildi. Daha sonra ”QÜRUR”şəhid ailələri xeyriyyə ictimai birliyinin həmsədri Bəxtiyar Hüseynova söz verildi. Bəxtiyar müəllim həm 1-ci, həm də 2-ci Qarabağ döyüşləri haqqında danışdı. Tədbirdə həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan döyüşçülərimizin, veteranlarımızın və qazilərimizin döyüş yollları haqqında məlumatlar verildi. Qazilərimiz məktəblilərlə görüşdə onları maraqlandıran sualları cavablandırıb. Toplantı zamanı Azərbaycan Respublikasının QHT –lərə dövlət Dəstəyi Agentliyinin və “QÜRUR”şəhid ailələri xeyriyyə ictimai birliyinin Loqolarını və layihənin adından ibarət olan məlumat löhvəsi təqdim edilib.
Tədbir iştirakçılarına, xüsusilə də gənclərə layihə çərçivəsində hazırlanmış ,vətənpərvərlik mövzusunu əhatə edən 450 ədəd buklet və dəftərxana ləvazimatları (bloknot ,qələm və papkalar)paylandı.
Tədbirin sonunda isə iştirakçılara çay-kofe süfrəsi təşkil edilib.


Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ