Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ildə elan etdiyi Qrant müsabiqələrində qalib olan Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanlar İctimai Birliyinin “Torpaq filminin çəkilməsi” adlı filmin çəkilişi layihəsinin icrası sona çatır. 08 noyabr 2019-cu il tarixində saat 11-00 Qaradağ rayonu Lökbatab qəsəbəsi 233 saylı tam orta məktəbdə filmin ilk təqdimat tədbiri keçirildi. Tədbiri giriş sözü ilə məktəb direktorunun təlim tərbiyyə işləri üzrə müvini Dürdaə Bayramova açaraq tədbirin mahiyyətini açıqladı. Bayraq günü münasibəti ilə təbrikdən sonra söz layihə rəhbərinə verildi. Layihə rəhbəri Zərifə Əsgərova layihə haqda məlumat verdi.
2017-ci il fevral ayında Ermənistan silahlı qüvvətlərinin bölmələri bütün cəbhə boyu hücuma keçdikləri zaman, cəbhənin Xocavənd-Füzuli istiqamətində düşmən hücumunun qarşısının alınması zamanı qəhramancasına şəhid olmuş beş nəfər hərbi qulluqçlarımızın adlarının ədəbilədirilməsindən, onların döyüş şücaətindən, vətən sevgisindən bəhs edilən layihənin icrasıməqsədi il\ə çəkilmiş Müqəddəs vətən torpaqlarının müxtəlif ərazilərindən olan övladlarımızın birlikdə şəhid olmasından bəhs edən Torpaq filminin məktəblilərə təqdim edilməsində məqsədimizin şəhidlərin həyatının örnək olduğunu sübut etməkdir.
Uzun illərdir işğalda qalan Azərbaycan ərazilərinin azad edilməsi dövlətin və xalqın ən ciddi problemidir. Elə buna görədə vətən uğrunda Qarabağın azad edilməsi uğrunda şəhid edilmiş soydaşlarımızın yad edilməsi onarın adlarının əbədiləşdirilməsi onlara yüksək qiymət verilməsi cəmiyyətin qarşısında duran əsas vəzifədir. Layihənin icrası başa çatsada filmin müxtəlif bölgələrdə təqdimatinin keçirilməsi artıq planlşadırılb.
Adları hələdə əbədiləşdirilməmiş beş nəfər şəhidimiz.
1. Baş leytenet, Həşimli Tural Əbdül oğlu Ordubad rayonu
2. Mayor, Abdullayev Aqşin İsmayıl oğlu Şəki rayonu Kij kəndi
3. Əsgər, Nəzərov Şəhriyar Yaşar oğlu Yardımlı rayonu Peştəsər kəndi
4. MAHX, Qədimov Zülfü Rəhim oğlu Ağdam rayonu Mərzili kəndi
5. Çavuş, Cəfərov Zakir Nazim oğlu Ağdam rayonu Seyidli kəndi
Tədbirin 9 noyabr Azərbaycan Respublikasının Bayraq günü ilə eyni günə salınması daha uğurlu nəticəyə səbəb oldu. Belə ki, filmin təqdimatında əvvəl məktəbin şagirdləri müxtəlif şerlər söylədilər, səhnəciklər nümayiş edildi, vətəni tərənnüm edən mahnılar oxundu. Tədbirin təşkilatçılığını məktəbin direktoru Gülər Bəborova həyata keçirmişdi. Tədbirdə şəhid ailələri Müharibə veteranları, ictimaiyyət nümayəndələri, məktəb kollektivi və Qardağ rayonunun Millət vəkili Aydin Hüseyinovda iştirak etmişdir. Layihənin şəhidlərinruhuna ithaf ediilməsini hər kəs böyük minnətdarlıq hissi ilə qarşıladı. Şəhid anası Kəmalı Cəfərova şəhid anaları adından minətdarlıq etdi. Bütün iştırakçılar o cümlədən Millət vəkili Aydın Hüseyinovda film üçün təşəkkürünü bildirdi.
VUŞAMQİB-nin sədri
Layihə rəhbəri, şəhid anası Z. Əsgərova