hemle

Mubariz Mansimov hər zaman oz xalqina qaygi və diqqət ilə yanaşib həmcinin saysiz hesabsiz xeyriyəm işlərinə imza atib

Tarix:9-04-2019, 12:13
Baxış Sayı:567

Aktrisa Xanım Qafarova vəfat etdikdən sonra onun qızı Gövhər evsiz qalmışdı. Gövhər yaşlı nənəsi ilə balaca, rütubətli bir qarajda yaşayırdılar. Onların bu vəziyyəti millət vəkili Qənirə Paşayevanı narahat edirdi və bir gün iş adamlarına müraciət etməyi qərara alır. Qənirə xanım həmin günləri belə xatırlayır:
"Balaca bir qarajda, nəm-rütubət içərisində yaşamaq çox dəhşətli idi.
İş adamlarına müraciət etdim ki, bu ailəyə kiçik də olsa bir mənzillə dəstək olsunlar. Amma dəstək olmaq istəyən olmurdu. Nəhayət Mübariz müəllimə xahiş etdim bu ailəyə mənzillə kömək olunsun deyə. Həmin dəqiqə müsbət cavab verməsinə özüm də bir anlıq inana bilmədim".
Mübariz bəy Qənirə xanımın müraciətinə belə cavab vermişdi:
"Qənirə xanım, qazandıqlarımızın zəkatını vermək bizim borcumuzdur. Əgər siz deyirsinizsə ki, nənəsinin himayəsində qalmış acınacaqlı mənzil şəraitində yaşayan Gövhərə dəstək lazımdır, ona mənzili biz hədiyyə edərik. Bir azərbaycanlı balamıza dəstəkdən gözəl nə ola bilər. Bu günə qədər əlimizdən gələni millətimizin övladlarına əsirgəməmişik, indi də nə lazımdır edəcəyik".
Qənirə xanım davam edir:
"Açığı bu cavabı eşidəndə çox duyğulandım. Necə təşəkkür etdiyimi də o həyəcanın təsirindən etdiyimi xatırlamıram. Gövhərgilə evlə kömək edilməsi üçün bir çox şirkətlərə müraciət etmişdim və bunu etmək onların gücündə olsa da etməmişdilər. Demək ki mərdlik, səxavət varla, dövlətlə olmur. Bu bir xarakterdir. Mübariz müəllim hər zaman Türkiyədə ona üz tutan, çətin vəziyyətdə qalan tələbələrlə, xəstələrə əl tutub və hər kəs onun necə bir xeyirxah insan olduğunu bilir. Balaca Gövhərə dəstək olması da ümid edirəm ki, bir çox iş adamlarına, şirkətlərə örnək olacaq. Allah əvəzini versin və təşəkkürlər Mübariz müəllim!"

Hacı Zeynalabdin Tağlyevin layiqli davamçısı olan Mübariz Mənsimovun bu xeyirxah əməllərini xalq olaraq heç vaxt unutmayacağıq. Bu əməllər savaba yazılmaqla bərabər, həm də tarixə yazılır!

Paylaşın, digər iş adamlarına və ən əsası da məmurlarımıza bir örnək olsun!

Digər xəbərlər
11:45 Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciəti
11:43 Azərbaycanda bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
11:38 Məşhur marmeladlarda narkotik AŞKARLANDI - Uşaqlar xəstəxanaya yerləşdirildi
11:34 Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başladı
10:50 Bu gün 33 dərəcə isti olacaq
10:46 "Telegram" sözə baxmadı, Rusiya CƏZALANDIRDI
10:39 Rusiya ordusu bu istiqamətdə sürətlə irəliləyir
10:32 Almaniya risk edir - ABŞ-dan xəbərdarlıq