hemle

Süni qiymət artımlarına qarşı mübarizə gücləndiriləcək

Tarix:5-01-2022, 17:34
Baxış Sayı:250

2022-ci ildə süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi vacib istiqamətlərdən hesab olunur.

Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, hökumət əvvəldən bəyan etdiyi kimi, bu il istehlak bazarında qiymətlərin optimallaşdırılması və süni qiymət artımlarına qarşı mübarizəni əsas prioritetlərdən biri kimi göstərib:

"İstehlak bazarında qiymət dayanıqlığının təmin edilməsi üçün yerli istehsalın gücləndirilməsi olduqca vacibdir. Dünya bazarında qiymət artımları baş verən zaman, daha çox idaxl edən ölkələrdə qiymətlərin artımı müşahidə olunur. Ona görə də, idxalın minimumlaşdırılması və yerli istehsal hesabına daha çox tələbin ödənilməsinə nail olunması vacibdir. Xüsusən 2022-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı istiqamətində addımların atılacağı gözlənilir. Həm süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi, həm də tələbin yerli istehsal hesabına ödənilməsi bu il əsas prioritetlərdən hesab olunur. Hökumət bu istiqamətdə daha aktiv şəkildə fəaliyyət həyata keçirəcək".

Digər xəbərlər
09:40 İnanılmaz kəşf: Okeanlarda plastik yeyə bilən göbələklər var
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...