hemle

Mikayıl Cabbarov qiymət artımlarından danışdı

Tarix:23-12-2021, 09:50
Baxış Sayı:217

"Bizi iqtisadi, əhalinin sosial rifahı nöqteyi nəzərdən narahat edən problemlərimiz də var. İnflyasiya prosesləri ilk növbədə əhalinin gəlirinin dəyərini azaldır. Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkədir. Yəni bu o deməkdir ki, qlobal iqtisadiyyatda inflyasiya prosesləri gedərkən, təbii olaraq bu, Azərbaycanda da öz əksini tapır. 2021-ci ildə ən sürətlə inflyasiya gedən sektorlarla baxdıqda bu, qida sahəsidir, müxtəlif tikinti materiallarıdır, xammaldır və s".

Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTv-də yayımlanan "Hədəf" verilişində qonağı olarkən deyib.

Qiymət artımları ilə bağlı danışan nazir qeyd edib ki, Azərbaycanda istehsalı az olan və ya ümumiyyətlə istehsal olunmayan, idxaldan asılı olduğumuz məhsullar üzrə qiymət artımları müşahidə olunur. Bu qiymət artımları isə birbaşa daxili bazara ötürülür:

"Burada hökumətin əlində o qədər də alət yoxdur. Biz çalışırıq ki, sosial müdafiə nöqteyi nəzərdən həssas təbəqələrə xüsusi yanaşma tətbiq olunsun. Dünya bazarlarında son iki ildə taxılın qiymətində 45-50 faizə yaxın artım baş verib. Biz kifayət qədər böyük həcmdə taxılı idxal edirik.

Qiymət artımının qarşısını almaq üçün dövlət tərəfindən subsidiya verilir. Biz o subsidiyanı verdikdə, hansısa başqa istiqamətdə - istər əmək haqqına, təhsilə və səhiyyəyə vəsait ayıra bilmirik.

Qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaq istiqamətində də fəaliyyət gücləndirilib. 2022-ci ildə bu, bizim prioritetimiz olacaq".

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...