hemle

Qlobal ərzaq qiymətləri rekord səviyyəyə çatıb: Azərbaycanı nə gözləyir? - Şərh

Tarix:6-11-2021, 22:56
Baxış Sayı:434

Qlobal ərzaq qiymətləri son bir ildə 30%-dən çox artaraq on il ərzində ən yüksək səviyyəyə çatıb.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, bütün dünyada dənli bitkilər və yağlar bahalaşıb.

“Bitki yağının qiymətləri oktyabrda təxminən 10% bahalaşaraq, rekord həddə çatıb.

Səbəb yüksək əmtəə qiymətləri, fabriklərin bağlanması və siyasi gərginlikdir. Eyni zamanda, taxıl qiymətləri bir il əvvəlki ilə müqayisədə 22%-dən çox artıb.

Buğdanın qiyməti son 12 ayda demək olar ki, 40% bahalaşıb, bu da artımın əsas amillərindən biridir.

Bəs qlobal bahalaşmanın ölkəmizdəki bazarlara təsiri olacaqmı?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bu artım Azərbaycana da təsir edəcək:


“Azərbaycan idxaldan asılı ölkədir. Gündəlik tələbat mallarına, qida məhsullarına baxsaq, kənd təsərrüfatı məhsulları xaric, bu sahədə bazarlarda çox ciddi asılılıq var. Bu asılılıq özü dünya bazarlarında baş verən qiymət dəyişikliklərinin Azərbaycana da gəlməsinə gətirib çıxarıb. Bu istiqamətdə güclü inflyasiya təzyiqləri yaranıb. Böyük ehtimal bu proses müəyyən müddət davam edəcək. Əmtəə qiymətlərinin yüksək olması, pandemiya ilə bağlı fabriklərin bağlanması, eyni zamanda quraqlıq amili də son dövrlərdə ərzaq məhsullarının istehsalı istiqamətində təzyiq yaradan əsas faktorlardandırlar.
Düşünürəm ki, 2022-ci ildə də ərzaq məhsulları sahəsində qiymət artımı həm qlobal bazarda, həm də Azərbaycan özünü ən sərt formada göstərəcək”.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı