hemle

"Unun qiymətini bu qədər artırmaq olmaz" - Vahid Əhmədov etiraz etdi

Tarix:4-01-2022, 13:36
Baxış Sayı:283

"Unun qiyməti 9-10 manat qalxıb. Bu, ciddi artımdır. Hökumət həmişə çörəyin, un məmulatlarının qiyməti qalxmasın deyə, dövlət büdcəsindən dotasiya verib. Çörəyin, unun qiyməti aşağı səviyyədə saxlanılıb".

Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, unun qiymətini birdən-birə bu qədər artırmaq olmaz:

"Bu qiymət artımı tək çörəklə bağlı deyil. Un məmulatları var ki, onlardan kifayət qədər istifadə olunur. Belə artım gözlənilən deyildi. Belə artımlar varsa, hökumət unun qiymətini stabil saxlamaq üçün dövlət büdcəsindən dotasiya ayırmalıdır. Ehtiyat kifayət qədərdir. Biz insanların əmək haqqını, pensiyasını və müavinətini 20-40 manat artırmışıqsa, bir-birdən belə qiymət artımı problemlər yarada bilər. Bunun qarşısını almaq lazımdır".

Deputat bildirib ki, həm bayramdan əvvəl, həm də bayramdan sonra obyektiv qiymət artımı ilə yanaşı, bəzi sahibkarlar subyektiv qiymət artımı edirlər:

"Bunun da qarşısı alınmalıdır. 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı qiymət artımı ilə bağlı Baş nazirə müraciət etdik. Bildirdik ki, qiymət məsələsilə ciddi məşğul olmaq lazımdır. Qeyd olundu ki, bununla bağlı müəyyən tədbirlər həyata keçirilir. İndi unun qiymətinin bu qədər artması, qəbul edilən deyil. Ola bilər ki, əhalinin sosial vəziyyətində problemlər yaratsın. Təklif edirəm ki, unun qiymətinə dotasiya verilsin və əvvəlki qiymətində saxlanılsın".

V.Əhmədov vurğulayıb ki, bayramqabağı bütün məhsullarda süni qiymət artımı var idi:

"Qiymət artımı ciddi problemdir. Xaricdən taxıl və digər məhsullar ixrac edirik. Başa düşürəm ki, xaricdə də böyük ərzaq qıtlığı var. Taxılın və digər məhsulların qiyməti artıb. Çalışmaq lazımdır ki, öz ölkəndə istehsal edəsən və ya ehtiyatın olsun ki, bazarı müəyyən qədər tənzimləyə biləsən. Subyektiv qiymət artımlarına gəlincə isə, hökumət bunun qarşısını almalı, tədbirlər görməlidir".

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...