hemle

İnanılmaz kəşf: Okeanlarda plastik yeyə bilən göbələklər var

Tarix:8-04-2025, 09:40
Baxış Sayı:445

Okeanlarda plastik yeyə bilən göbələklər tapılıb.

Havay Universitetinin tədqiqatçıları bəzi su göbələklərinin plastik “yeyə” biləcəyini müəyyən ediblər.

Araşdırmanın nəticələri "Mycologia" jurnalında dərc olunub.

Alimlər bildiriblər ki, plastik tullantılar qlobal ekoloji problemlərdən biridir. Problem okeanlar üçün xüsusilə aktualdır: hər il 625 000 zibil maşınına ekvivalent plastik atılır. Plastik tamamilə parçalanmır, mikroplastikaya çevrilir, toksinləri toplayır və dəniz həyatına zərər verir.

Məhz buna görə də, alimlər ağac parçalamaq qabiliyyəti ilə tanınan dəniz mikroorqanizmlərinin 68 növünü tədqiq ediblər. Havay Universitetindən olan bir qrup alim sənaye və tibbdə geniş istifadə olunan poliuretan plastiklə sınaq aparıb. Tədqiqatçılar hansı göbələklərin bu plastiki daha sürətli emal edə biləcəyini müşahidə ediblər. Ən aktiv 42 növə getdikcə artan miqdarda plastik verilib. Onların zamanla plastiki parçalama prosesini sürətləndirdikləri anlaşılıb.

Nəticələr alimləri olduqca təəccübləndirib. Belə ki, tədqiq edilən göbələklərin 60%-i plastiki uğurla emal edib. Bəzi növlər bu bacarığı cəmi üç ay ərzində 15% təkmilləşdirə biliblər.

Digər xəbərlər
22:59 Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA
22:57 Pakistan İranla sərhədləri bağladı
22:55 İran yaxın saatlarda Ramat David aviabazasını VURACAQ
22:54 Milyonlarla insan təhlükədədir: Radiasiya riski artır
22:53 Gülüşün sağlamlığa faydası: Görün nələrə qadirdir
22:52 İsraildə ilişib qalan 40 min turistin taleyi necə olacaq?
22:51 Xəbərdarlıq edildi: 2050-ci ilə qədər 1 milyard insan...
22:50 Hacıların ilk qrupu vətənə qayıtdı