hemle

Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA

Tarix:Dünən, 22:59
Baxış Sayı:491

Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA

Əmlaka dəyən ziyanla bağlı ən ciddi problemlərdən biri də sığorta məsələsidir. Çox vaxt zərər çəkmiş vətəndaşların evləri və torpaq sahələri sığortalanmadığı üçün baş vermiş dağıntıların fəsadları dövlət və ya fərdi imkanlar hesabına aradan qaldırılmalı olur. Bu isə həm zərərçəkənlər üçün sosial-iqtisadi yük yaradır, həm də dövlətin maliyyə resurslarına əlavə təzyiq göstərir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov açıqlaması zamanı bildirib ki, ötən illərlə müqayisədə yaşayış evləri və mənzillərin icbari sığortalanmasında artım müşahidə edilir:

"Müşahidələr göstərir ki, ölkədə daşınmaz əmlakın icbari sığortası heç də kütləvi hal almayıb. Vətəndaşlar əksər hallarda daşınmaz əmlaklarını sığorta etdirməkdən yayınır. Hətta ölkənin regionlarında yaşayanların çoxu daşınmaz əmlakın icbari sığortası barədə məlumatlı deyil və bu növ sığortaya pul verməyi itki hesab edir. Düşünürəmki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhalinin maarifləndirilməsi tədbirləri davamlı olaraq həyata keçirilməlidir".

Millət vəkilinin sözlərinə görə, bu tədbirlər şəhərlərdə də mütəmadi olaraq keçirilməli və əsasən əhaliyə sığortanın əhəmiyyəti, önəmi barədə ətraflı məlumat verilməlidir:

"Əgər bu gün daşınmaz əmlakın icbari sığortasına tələbat kifayət qədər deyilsə buna başlıca səbəb insanların məlumatının az olmasıdır. Bu səbəblərdən də biz icbari sığorta sisteminə üstünlük verməliyik. Ümumiyyətlə icbari sığorta sığorta münasibətlərinin inkişafına stimul yaradan bir sığorta növüdür. Vətəndaşlar məcburi və ya icbari olaraq bu sığortadan istifadə edir ki, bu da bütövlükdə sığorta bazarının genişlənməsinə və sığorta imkanlarının artmasına gətirib çıxardır".

O həmçinin qeyd edib ki, daşınmaz əmlakın sığortalanması üçün elektron sistem də yaradılmalıdır.

"Bu yeni sistem əmlakın sığortalanması prosesini sadələşdirəcək. İnsanlar bu sistem vasitəsilə sığortalayacağı daşınmaz əmlakın qiymətini də əvvəlcədən öyrənmiş olar,- deyə M.Cəfərov söyləyib".

Digər xəbərlər
22:59 Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA
22:57 Pakistan İranla sərhədləri bağladı
22:55 İran yaxın saatlarda Ramat David aviabazasını VURACAQ
22:54 Milyonlarla insan təhlükədədir: Radiasiya riski artır
22:53 Gülüşün sağlamlığa faydası: Görün nələrə qadirdir
22:52 İsraildə ilişib qalan 40 min turistin taleyi necə olacaq?
22:51 Xəbərdarlıq edildi: 2050-ci ilə qədər 1 milyard insan...
22:50 Hacıların ilk qrupu vətənə qayıtdı