hemle

TƏBİB villa ilə bağlı məlumatlara cavab verdi

Tarix:30-08-2021, 11:31
Baxış Sayı:276

Sosial şəbəkələrdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlının özünə dəbdəbəli villa tikdirməsilə bağlı məlumatlar yayılıb.

İddia olunur ki, TƏBİB rəhbəri torpağın sotu 70 min manatdan başlayan Badamdar qəsəbəsi, birinci massivdən 4 sot ərazi alıb. R. Bayramlının tez-tez əraziyə gələrək tikintinin gedişatı ilə maraqlandığı qeyd olunur. Eyni zamanda, “Referans” klinikasının da ona məxsus olması barədə məlumatlar dərc olunub.

Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Ötən gün TƏBİB yayılmış məlumatlarla bağlı açıqlama yayıb. hemlemedia.az xəbər verir ki, açıqlamada yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilir:

“Son günlər bəzi saytlarda və sosial şəbəkələrdə TƏBİB rəhbərliyi ilə bağlı dərc olunan məlumatlar həqiqəti əks etdirmir. Heç bir ciddi fakta və sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayır və təkzib edirik. Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik”.

TƏBİB villa ilə bağlı məlumatlara cavab verdi

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR