hemle

Azərbaycanda başqa xəstəlikdən ölənlərə koronavirus diaqnozu qoyulur? RƏSMİ AÇIQLAMA

Tarix:18-04-2020, 18:51
Baxış Sayı:471

Bakıda və Azərbaycanın digər bölgələrində xəstəxanalarda ölən insanlara yalandan koronavirus diaqnozu qoyulur.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə çoxlu iddialar öz əksini tapır.
Bildirilir ki, guya bunun üçün ölənin yaxınlarına müəyyən məbləğdə pul da təklif edilir.

İddiaya görə, bu pulun müqabilində ölən şəxsin rəsmi olaraq koronavirusdan vəfat etdiyi qeyd olunur.

Məsələyə aydınlıq gətirmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, yayılan məlumatların heç bir əsası yoxdur.

"Azərbaycanda başqa xəstəliklərdən vəfat hallarının koronavirus ölümü kimi qeydiyyata alınması ilə bağlı səsləndirilən fikirlər tamamilə yanlışdır.

Koronavirus infeksiyasına yoluxma testlər vasitəsilə müəyyən edilir. Test arealımız da böyüyüb. Bu gün Azərbaycanda 70 mindən çox test aparılıb. Bunun nəticəsində də xəstəlik müəyyən olunur və ictimaiyyətə rəsmi məlumatlar verilir", - deyə TƏBİB iddialara belə cavab verib.

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı