hemle

Ulu Öndərimiz Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” Xızıda baş tutdu.

Tarix:30-08-2021, 10:26
Baxış Sayı:285

28 Avqustda YAP-ın Yasamal Rayon təşkilatı və "ZİRVƏ" Ziyalılar təşkilatının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin Mədəniyyət Üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbovun dəstəyi ilə Ulu Öndərimiz Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” Xızıda baş tutdu. Azərbaycan Rəssamlar İttifaqının həqiqi üzvləri layihə və etüd rəhbərləri Elnurə və Aygün İsgəndərovaların saytımıza verdikləri məlumata əsasən “Vətənpərvərlik Etüdləri” bir ilk olmaqla yanaşı artıq beş ildir həyata keçirtdiklərini və bununla bölgələrimizi daha yaxından tanımaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır. İlk öncə etüd iştirakçıları olan yeniyetmə və gənclər Xızının Sayadlar kəndində yerləşən görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin ev muzeyində oldular. Muzeyin direktoru Orxan Əzimov muzeyin tarixi, şairin yaradıcılığı, keçdiyi keçməkeşli həyat yolu, ailəsi haqqında geniş məlumat verdi. Sonra iştirakçılar muzeyin eksponatları ilə yaxından tanış oldular. Xüsusi diqqət çəkən Xızının tanınmış rəssamlarından olan Minayə Dəyanətin M. Müşfiqin demək olar ki, bütün həyatını əks etdirən portreti və Sənan Talıbovun şəxsi təşəbbüsü ilə ərsəyə gələn "Oxu tar" abidəsi idi.
Sonda xatirə şəkilləri çəkildi. Daha sonra etüdün həyata keçirilməsi üçün akvarel dağları adlandırılan Xızı dağları və
Altıağac Baxışlı kəndi ərazisində rəssamlar bir-birindən gözəl əsərlər yaratdılar. Etüd iştirakçıları
ADRA-nın Rəsmiyyə Mahmudova və tələbələri
"Zirvə" Ziyalılar təşkilatı tərəfindən diplomla təltif olundular. Eyni zamanda "Sərin Bulaq" restoranında ləziz mətbəx nümunələrindən daddılar. Xatırladaq ki, təşkilatçı Aygün İsgəndərovanın bildirdiyinə görə Ulu Öndərimiz Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” il boyu davam edəcək.
 
Xüsusi müxbir: Aygün Oqtay















Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir