hemle

Samirə Efendi "Eurovision 2021"də qalib ola bilər - “Daily Express”

Tarix:22-05-2021, 15:52
Baxış Sayı:391

Böyük Britaniyanın nüfuzlu “Daily Express” nəşri "Eurovision 2021" mahnı müsabiqəsində Azərbaycanın qələbə qazanmasını istisna etməyib.

Yazı müəllifinə görə, proqnozlar qalibin İtaliya olacağını desə də, Azərbaycanın da birinci yerə çıxması üçün həqiqi imkanlara malikdir. Belə ki, əvvəllər “Yeni ulduz”, “Böyük Səhnə”, “Azərbaycanın Səsi” kimi televiziya şou müsabiqələrində iştirak etmiş müğənni Samirə Efendinin xeyli təcrübə topladığı bildirilir.

“Müğənni 2017-ci ildə “Silk Way Star” möhtəşəm beynəlxalq ifaçılıq televiziya layihəsində Azərbaycanı uğurla təmsil edib. Efendinin xeyrinə olan daha bir məqam “Nur-Sultanın səsi”ndə ölkəsini təmsil edərək bir çox başqa iştirakçıları arxada qoymağı bacarmasıdır”, – yazıda qeyd olunur.

Xatırladaq ki, müğənni Samirə Efendi bu il "Eurovision"da niderlandlı musiqiçilər Emi Van der Vel, Luk van Birs, Toni Kornelisson tərəfindən bəstələnən “Mata Hari” mahnısı ilə iştirak edərək finala vəsiqə qazanıb. Mayın 22-də keçiriləcək final konsertində müğənnimiz 21-ci nömrə ilə çıxış edəcək.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı