hemle

“Azad olunmuş ərazilər Livanın ərazisinə bərabərdir”

Tarix:21-05-2021, 12:42
Baxış Sayı:325

“Biz artıq işlərə başlamışıq. Bu ilin sonunadək azad olunmuş ərazilər 100 faiz elektrik enerjisi ilə təmin ediləcək”.

Bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, magistral yolların inşasına da başlanılıb: “10 noyabr Bəyanatının imzalanmasından sonra orada yaşayan ermənilərə əraziləri tərk etmək üçün 20 gün vaxt verildi. Söhbət üç rayondan gedir ki, biz onları 10 noyabr Bəyanatının imzalanması nəticəsində azad etdik. Əslində isə bu, Ermənistanın kapitulyasiyası sənədi idi. Həmin 20 gün ərzində onlar özlərinin yaşadıqları, lakin oralardan qovulan azərbaycanlıların tikdiyi evləri yandırırdılar. Onlar ağacları kəsir və yandırır, evlərə od vurub və vandalizm aktları törədirdilər. Yəni, bütün işlər sıfırdan görülməlidir. Biz artıq işlərə start vermişik. Bizim inkişafla bağlı baş planımız artıq hazırdır.

Biz dəymiş zərərin hesablanması üçün beynəlxalq şirkətləri dəvət etmişik və işğalçıları beynəlxalq məhkəmələrə verəcəyik. Onlar qanunsuz olaraq bizim sərvətlərimizi talayıb, xüsusilə də qızıl yataqlarımızı. Artıq bu işlə məşğul olan həmin şirkətlərlə bağlı hüquqi prosedurlara başlanılıb. İnfrastruktur layihələrinə artıq start verilib. Mən azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan etmişəm və orada əsasən bərpaolunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə ediləcək. Daha dolğun təsəvvür yaratmaq üçün qeyd etmək istəyirəm ki, azad olunmuş ərazilər sahəsinə görə Livanın ərazisinə bərabərdir.

Biz bir milyondan çox insan üçün yaşayış evləri tikməli və infrastruktur yaratmalıyıq. Livan boyda ərazilərdə işlər görülməlidir, bunların böyük hissəsi də dağlıq ərazilərdir ki, bu da işləri bir qədər çətinləşdirir. Biz bu işə sadiqik və bunu edəcəyik. Lakin, ilk növbədə, biz əraziləri minalardan təmizləməliyik, çünki onlar çox təhlükəlidir".

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat