hemle

“Yeni təyinat Qarabağdakı durumu dəyişməyəcək” - GƏLİŞMƏ

Tarix:19-05-2021, 08:13
Baxış Sayı:288

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılıb. O, Cənubi Hərbi Dairə komandirinin müavini general-leytenant Aleksey Avdeevlə əvəzlənib. Təyinatla bağlı müxtəlif iddialar var. Qanuna görə, kontingent komandirləri hər altı aydan bir rotasiya əsasında dəyişdirilir. Lakin heç bir tərəfin etirazı olmursa, səlahiyyət müddəti uzadıla bilər. Ola bilsin, hansısa “əmma” çıxıb…

Hərbi-siyasi ekspert Həşim Səhrablı təyinata səbəb olacaq ehtimallarla bağlı fikirlərini “Sherg.az”la bölüşdü:

“Bunun Muradovun fəaliyyətsizliyi və ya gördüyü işin Moskvada bəyənilməməsi ilə əlaqəsi yoxdur. Hər halda o, Rusiyanın ordu generalitetində bəyənilən, seçilən tək-tük adamlardandır. Qarabağa sülhməramlıların komandanı kimi məhz onun təyin edilməsi də təsadüfi deyildi. Sadəcə qanuna görə belə hallarda 6 aydan sonra mübahisəli tərəflər arasında narazılıq çox olanda komandan dəyişilə bilər.

Bildiyimiz kimi, 10 noyabr razılığından sonra silahlı insident olmamasına rəğmən düşmənin əsassız haray-həşiri səngimir. Ola bilsin, Muradov özü də başa düşüb ki, sabitlik yaratmaq mümükün deyil. Əslində bəzi ekspertlər analoji fikirlər səsləndirmişdilər: sülhməramlıların fəaliyyəti bir ildən artıq özünü doğrultmayacaq”.

H.Səhrablının sözlərinə görə, yeni təyinat Qarabağdakı durumu dəyişməyəcək:

“Çünki tərəflər Muradova görə mübahisə eləmirlər. Yəni səbəb həmin general deyil. Bundan sonra hətta Rusiya müdafiə naziri Sergey Şoyqu eyni vəzifəyə təyin edilsə belə, müsbət nəticə əldə edilməyəcək. Sabitliyin yaranmasından ötrü komandan dəyişilməli deyil, ədalətli həll yolu tapılmalıdır”.

Digər xəbərlər
22:30 Kamran Əliyev iki rayona prokuror təyin etdi
20:58 Qəhvə bu formada içiləndə ömrü uzadır
20:56 İrandan İsrailə daha bir neçə raket atıldı
20:54 Dövlət komissiyası itkin düşmüş vətəndaşların ailələrinə müraciət etdi
20:51 İran və İsraili tərk edən vətəndaşlarımızın sayı açıqlandı
20:49 Məktəbəhazırlıq qruplarına qəbul başlayır
17:12 Təl-Əviv tamamilə iflic vəziyyətə düşdü: Növbəti xəbərdarlığa qədər...
17:07 Ərdoğan-Əliyev qardaşlığı: İsrail bəhanədir, hədəf Türkiyə-Azərbaycan ittifaqıdır