hemle

Ərdoğan-Əliyev qardaşlığı: İsrail bəhanədir, hədəf Türkiyə-Azərbaycan ittifaqıdır

Tarix:Bu gün, 17:07
Baxış Sayı:501

Ərdoğan-Əliyev qardaşlığı: İsrail bəhanədir, hədəf Türkiyə-Azərbaycan ittifaqıdırİsrail və İran arasında artan gərginlik bəhanə edilərək Türkiyə ilə Azərbaycanın sarsılmaz dostluq və qardaşlıq münasibətləri qaralama kampaniyasına tuş gəlib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin hər görüşü ərəfəsində iki ölkə arasında nifaq toxumu səpmək cəhdləri güclənir.

Bu dəfə də Azərbaycanın guya İsrailə dəstək verdiyi görüntüsü yaradılmağa çalışılır. Halbuki Bakı dəfələrlə Fələstinə birmənalı dəstəyini bəyan edib. Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı yeni səfiri ilə görüşündə humanitar yardımların davam etdiriləcəyini və Fələstin xalqının haqlı mövqeyinə dəstəyi bir daha ifadə edib.

Yaxın günlərdə Türkiyənin Kahramanmaraş bölgəsindəki “Azərbaycan məhəlləsi”nin açılış mərasimi baş tutacaq. Mərasimdə iki prezidentin birgə iştirakı gözlənilir. Həmin görüş öncəsində qardaşlığı hədəfə alan dezinformasiyalar yayılmağa başlayıb.

Qeyd edək ki, əvvəllər də oxşar ssenari tətbiq olunmuşdu. Mayın 28-də prezident Ərdoğan və Əliyevin iştirakı ilə işğaldan azad edilən Laçında inşa edilən Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Həmin dövrdə də İlham Əliyevə qarşı dezinformasiyalar dərc edildi, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirildi.

Kahramanmaraş görüşü ərəfsində bəlli qüvvələr yenidən fəallaşıblar.

Digər xəbərlər
20:58 Qəhvə bu formada içiləndə ömrü uzadır
20:56 İrandan İsrailə daha bir neçə raket atıldı
20:54 Dövlət komissiyası itkin düşmüş vətəndaşların ailələrinə müraciət etdi
20:51 İran və İsraili tərk edən vətəndaşlarımızın sayı açıqlandı
20:49 Məktəbəhazırlıq qruplarına qəbul başlayır
17:12 Təl-Əviv tamamilə iflic vəziyyətə düşdü: Növbəti xəbərdarlığa qədər...
17:07 Ərdoğan-Əliyev qardaşlığı: İsrail bəhanədir, hədəf Türkiyə-Azərbaycan ittifaqıdır
16:47 Bakının cənubdakı soydaşlarımızla bağlı mesajının ŞİFRƏLƏRİ