hemle

Bakının cənubdakı soydaşlarımızla bağlı mesajının ŞİFRƏLƏRİ

Tarix:Bu gün, 16:47
Baxış Sayı:455

Bakının cənubdakı soydaşlarımızla bağlı mesajının ŞİFRƏLƏRİ


 

Azərbaycan İsrail rəhbərliyinə Cənubi Azərbaycandakı soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mesaj göndərib: mesaj İsrailin İrandakı azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməkdən ibarətdir.

Bu cür mesajlar rəsmi şəkildə açıqlanmır, çünki Cənubi Azərbaycan rəsmi olaraq İran ərazisidir, oradakı soydaşlarımız da İran vətəndaşı. Azərbaycanın bunu rəsmi şəkildə dilə gətirməsi birmənalı qarşılanmaya bilər. Lakin mesajın mediada tirajlanması təsdüfi deyil və doğru qərardır.

Birincisi, Azərbaycan bununla müharibənin getdiyi ərazilərdəki soydaşlarının təhlükəsizliyini düşündüyünü, mövcud şərtlərdə bunun üçün əlindən gələni etdiyini göstərir.

İkincisi, bu, İranda “İsrail təyyarələri Azərbaycanın yanacağı ilə Təbrizi bombalayır” iddialarına qarşı vaxtında verilmiş mesajdır: İran rejimi bu cür iddialarla Bakı-Təbriz xəttində nifaq yaratmaq və azərbaycanlıların öz talelərini Arazın bu tayına bağlamaq perspektivinin qarşısını almaq niyyətindədir. Bakı isə Təl-Əvivə mesaj göndərməklə adekvat cavab verir, Arazın o tayındakı soydaşlarımıza Tehranın edə bilmədiyini etdiyini, onların təhlükəsizliyini qorumağa çalışdığını çatdırır.

Bu mesajda İranda hadisələrin mümkün inkişaf perspektivləri – rejimin dəyişməsi, cənubdakı soydaşlarımızın azadlıq, yaxud ən azı muxtariyyət imkanlarının yarana biləcəyi də oxunur. Bakı bu mesajla İrandakı soydaşlarımızın gələcəyini düşünən yeganə tərəf olduğunu sərgiləyir.

Digər xəbərlər
20:58 Qəhvə bu formada içiləndə ömrü uzadır
20:56 İrandan İsrailə daha bir neçə raket atıldı
20:54 Dövlət komissiyası itkin düşmüş vətəndaşların ailələrinə müraciət etdi
20:51 İran və İsraili tərk edən vətəndaşlarımızın sayı açıqlandı
20:49 Məktəbəhazırlıq qruplarına qəbul başlayır
17:12 Təl-Əviv tamamilə iflic vəziyyətə düşdü: Növbəti xəbərdarlığa qədər...
17:07 Ərdoğan-Əliyev qardaşlığı: İsrail bəhanədir, hədəf Türkiyə-Azərbaycan ittifaqıdır
16:47 Bakının cənubdakı soydaşlarımızla bağlı mesajının ŞİFRƏLƏRİ