hemle

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Tarix:Dünən, 20:49
Baxış Sayı:501

Məktəbəhazırlıq qruplarına qəbul başlayır2025-2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul 21 iyun 2025-ci ildən başlayır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılacaq.

Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-dan etibarən mümkün olacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi iyulun 10-dan başlayacaq.

Qəbul prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

Digər xəbərlər
22:30 Kamran Əliyev iki rayona prokuror təyin etdi
20:58 Qəhvə bu formada içiləndə ömrü uzadır
20:56 İrandan İsrailə daha bir neçə raket atıldı
20:54 Dövlət komissiyası itkin düşmüş vətəndaşların ailələrinə müraciət etdi
20:51 İran və İsraili tərk edən vətəndaşlarımızın sayı açıqlandı
20:49 Məktəbəhazırlıq qruplarına qəbul başlayır
17:12 Təl-Əviv tamamilə iflic vəziyyətə düşdü: Növbəti xəbərdarlığa qədər...
17:07 Ərdoğan-Əliyev qardaşlığı: İsrail bəhanədir, hədəf Türkiyə-Azərbaycan ittifaqıdır