hemle

Rüstəm Muradov Moskvaya geri çağırıla bilər - VİDEO

Tarix:11-05-2021, 12:52
Baxış Sayı:271

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov Moskvaya geri çağırıla bilər. Çünki, onun əmək müqaviləsinin müddəti mayın 13-də başa çatır. Rüstəm Muradovun ötən müddətdə Qarabağdakı fəaliyyəti Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.

Ekspertlərin fikrincə Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyib. Həmçinin, Rüstəm Muradovun ölkəsinin Müdafiə Nazirliyindən təlimatlar aldığını nəzərə alsaq, bu zaman Rusiyanın Qarabağda sülhyaratma missiyasının fəaliyyəti də şübhə altında düşür.

Təbii ki, Qarabağda Rusiya sülhməramlılarının məsuliyyətində olan ərazilər Azərbaycana aiddir. Biz də öz ərazilərimizə nəzarəti bərpa edəcəyik. Rusiya və Ermənistanın bunu istəyib-istəməməsi isə heç bir əhəmiyyət daşımır. Çünki söhbət Azərbaycanın suveren hüquqları və ərazi bütövlüyündən gedir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi