hemle

Rüstəm Muradov onunla əvəzlənir

Tarix:13-05-2021, 11:59
Baxış Sayı:293

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.

Virtualaz.org xəbər verir ki, Muradovun yerinə Cənubi Hərbi Dairə komandirinin müavini general-leytenant Aleksey Avdeev təyin ediləcək.

Məlumata görə, o, cümə axşamı Xankəndiyə gələcək, burada iki həftə ərzində işlərin təhvil alınması nəzərdə tutulur.

Bundan əvvəl Ermənistanın “Hraparak” nəşri yazıb ki, Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Rusiya rəhbərliyinə Muradov haqqında mənfi qiymətləndirmələri ehtiva edən məktub yazıb və orada onun komandirlik müddətinin uzadılmaması xahişi də əksini tapıb. Avinyanın sözçüsü sonradan bu məlumatı təkzib edib.

Qanuna görə, kontingent komandirləri hər altı aydan bir rotasiya əsasında dəyişdirilir, lakin heç bir tərəfin etirazı olmursa, səlahiyyət müddəti uzadıla bilər.

Aprel ayında Muradov təyyarənin Bakıdan niyə “hərbi əsir” olmadan qayıtması ilə bağlı “Hraparak”ın sualına cavab olaraq, Ermənistan rəhbərliyinin öz xalqını aldatdığını bildirmişdi. Yəni təyyarənin Bakıya “əsir” gətirmək üçün getmədiyini söyləmişdi. Qəzet yazır ki, bundan sonra Ermənistan rəhbərliyi onu əvəz etmək üçün səylər göstərib.

Digər xəbərlər
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
22:31 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
22:28 Sabah bu ərazilərdə qaz olmayacaq
18:31 Təşəkkür məktubu
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR