hemle

Azərbaycanlı rəssam Türkiyədə vəfat etdi

Tarix:11-05-2021, 17:45
Baxış Sayı:442

Bu gün tanınmış rəssam, Naxçıvan MR Rəssamlar Birliyinin üzvü Eldar Zeynalov koronavirusdan vəfat edib.

Bu barədə Naxçıvan Rəssamlar Birliyi məlumat yayıb. Bildirilib ki, Türkiyədə yaşayan rəssam son günlərini Nazilli Dövlət xəstəxanasında başa vurub.

Rəssamın indiyə qədər bir neçə dəfə ürək əməliyyatı keçirdiyi də bildirilir.

Qeyd edək ki, Eldar Zeynalov Daşkənd Teatr və Rəssamlıq İnstitutu, Dnepropetrovsk (Ukrayna) İnşaat Mühəndislik İnstitutu, Azərbaycan İnşaat Mühəndislər İnstitutu, Slovakiya Urban Fakultet – İnstitutu, Moskva Memarlıq İnstitutu (Dövlət Akademiyası) və digər təhsil ocaqlarında təhsil alıb.

Uzun illər İtaliyada yaşayıb-yaradan azərbaycanlı rəssamın əsərləri İtaliya, Avstraliya, Yeni Zelandiya, ABŞ, Yaponiya və sair ölkələrdə nümayiş olunub.




Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir