hemle

Yol polisi sürücülük vəsiqəsi olmayanlardan aylıq pul alır? - AÇIQLAMA

Tarix:29-04-2021, 16:19
Baxış Sayı:250

Göyçayda sürücülük vəsiqəsi olmayan vətəndaşların yol polisinə aylıq pul verib sərbəst avtomobil sürməsi, eləcə də avtoxuliqanlıq etmələri barədə iddialar yayılıb.

Daxili işlər Nazirliyi məsələyə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları barəsində yayılan məlumat həqiqəti əks etdirmir:
“Şər və böhtan dolu həmin müraciət polisin gərgin əməyinə kölgə salmağa cəhddən başqa bir şey deyil. Belə ki, baş vermiş yol nəqliyyat hadisələri, eləcə də sürücülər tərəfindən törədilən kobud qayda pozuntularına görə müvəqqəti duracağa yerləşdirilən avtomobillərin sahibləri barəsində araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət verilir”.

“Onu da qeyd edək ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları özünü Firdovsi Əliyev kimi təqdim edən şəxsin şikayəti əsasında onunla əlaqə yaratmağa səy göstərsələr də, şəhərin Nizami küçəsində müraciətdə qeyd edilən ünvanın mövcud olmadığı məlum olub“”, - deyə DİN-dən qeyd edilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir