hemle

Bankdan götürdüyü krediti itirdi, yol polisi tapıb qaytardı - FOTO

Tarix:25-04-2019, 14:38
Baxış Sayı:446

Oğuzda Dövlət Yol Polisi əməkdaşları tapdıqları pul qabını sahibəsinin evinə aparıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, aprelin 24-də Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Təbriz Bəbirli və Samir Şirinov şəhər ərazisində xidmət apararkən pulqabı tapıblar. İçərisində bir qadına məxsus şəxsiyyət vəsiqəsi, müxtəlif sənədlər və pul olduğunu görən polis əməkdaşları onun sahibini tapmaq üçün dərhal axtarışa başlayıblar. Şəxsiyyət vəsiqəsində göstərilən ünvan əsasında onlar həmin xanımı tapmağa nail olublar.

Polis əməkdaşları onun Oğuz şəhər sakini Svetlana Ağababayeva olduğuna əmin olduqdan sonra pulqabını ona elə öz evində təqdim ediblər. Sevincini gizlədə bilməyən S. Ağababayeva bu pulun onun üçün nə qədər vacib olduğunu və həmin pulqabını da bankdan kredit götürüb evə qayıdarkən yolda itirdiyini bildirib.

Köməksiz vəziyyətə düşdüyü anda polislərin onun yardımına yetişdiyini deyən Oğuz şəhər sakini asayiş keşikçiləri, hər zaman vətəndaşların təhlükəsizliyini təmin edən polislərə dərin minnətdarlığını bildirib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Digər xəbərlər
12:39 Sənan Mehdiyevin həbs müddəti uzadıldı
12:33 Naxçıvana daşınan yüklər Mehridən hansı prinsiplə keçəcək?
12:22 Putin imperiyanı dirçəltmək istəyir: Hədəf bu əraziləri ələ keçirməkdir
12:13 Kartlardan daha 41 min manat oğurlandı
12:09 Ekspertizanın nəticələri bəlli oldu: “Crocus City Hall”da terror aktı törədənlər...
12:03 Avropadakı Azərbaycan diasporundan ermənilərin mina terroruna ETİRAZ
17:14 Amerikalı alimlər qrip və herpesdən qoruyan saqqız yaradıblar
17:09 Pulsuzluq infarkt ehtimalını dəfələrlə artırır - Elmi araşdırma...