hemle

DİN-dən şəhid ailəsinə kobud davranan polislə bağlı - AÇIQLAMA

Tarix:6-01-2021, 12:01
Baxış Sayı:287

Daxili İşlər Nazirliyi dünən Bakıda toplaşan bir neçə şəhid ailəsinə qarşı polis əməkdaşlarının kobud davranması haqda sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dünən Səbail rayon ərazisində bir qrup şəhid valideynləri ilə orada xidmətdə olan polis əməkdaşları arasında, çox təəssüf ki, xırda insident yaşanıb:

“Məsələ dərhal Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Hazırda bununla əlaqədar araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək.

Bununla belə, həmin vaxt bir polis əməkdaşının işlətdiyi xoşagəlməz ifadəyə görə orada olan şəhid ailələrindən üzr istəyir və səbirli olmalarını xahiş edirəm. Rəhbərliyin tapşırığına əsasən, nazirliyin əməkdaşları həmin şəhid ailələrinə baş çəkərək yerindəcə problemləri ilə maraqlanacaqlar”.

Qeyd edək ki, şəhid anası övladının Qaradağ rayonunda kənar bir qəbiristanlıqda dəfn edilməsinə etiraz edib.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı