hemle

“Sülhməramlıların” həddini aşan məramı: Qarabağda paradı yalnız müzəffər Azərbaycan ordusu keçirə bilər!

Tarix:19-04-2021, 18:27
Baxış Sayı:394

Növbəti dəfə Qarabağda xidmət aparan Rusiya sülhməramlıları öz ali missiyasına zidd addımla gündəmə gəlib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağda sülhü qorumaq kimi əsas vəzifə daşıyan sülhməramlılar 9 May Qələbə Günü münasibətilə parad keçirmək niyyətindədir və bununla bağlı məşqlərə artıq start verilib.

Oxu.Az xəbər verir ki, Rusiya sülhməramlılarının öz məramlarına yaraşmayan fəaliyyətləri 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra dəfələrlə gündəmə gəlib. Lakin bu dəfə məramı şübhə doğuran hərbi kontingent ən sadə şəkildə desək, öz “səhvlərinin” ən ağra imza atıb.

Rusiya sülhməramlılarının Qarabağda - əbədi və əzəli Azərbaycan torpağında parad keçirməsi “supergüc” maraqları güdən Kreml üçün adi görünə bilər və ya öz torpağının belə müdafiəsini Rusiyaya həvalə etmiş İrəvan üçün tamamilə məqbul sayılar bəlkə də… Lakin suveren və qüdrətli Azərbaycan dövlətinin ərazisində başqa bir dövlətin ordusunun məramı nə olur olsun hərbi parad keçirməsi, buna hazırlaşması, hətta planlaşdırması belə Bakı üçün qəbuledilməzdir.

Rusiya sülhməramlıları növbəti dəfə unudur ki, onlar hansısa mübahisəli bölgədə deyil, Qarabağda bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı və qəbul etdiyi ərazilərdə xidmət aparır. Bura isə dünyanın bir çox nöqtələrində olduğu kimi supergüclərin vassallığını fəxrlə qəbul edən hansısa dırnaqarası dövlətin torpağı deyil, ordusunun qüdrəti və şücaəti ilə öz torpaqlarını işğaldan azad etmiş Azərbaycan Respublikasının ərazisidir. Bu ərazidə hərbi parad keçirəcək qüdrətə və hüquqa sahib olan yeganə ordu – Azərbaycan Respublikası Silahlı Qüvvələridir və bu ordu da öz tarixi qələbəsini Azadlıq meydanındakı möhtəşəm Zəfər Paradı ilə taclandırıb!

Digər xəbərlər
17:12 Təl-Əviv tamamilə iflic vəziyyətə düşdü: Növbəti xəbərdarlığa qədər...
17:07 Ərdoğan-Əliyev qardaşlığı: İsrail bəhanədir, hədəf Türkiyə-Azərbaycan ittifaqıdır
16:47 Bakının cənubdakı soydaşlarımızla bağlı mesajının ŞİFRƏLƏRİ
10:14 "WhatsApp"da yenilik: Reklamlar və pullu abunəliklər gəlir
09:58 Regional müharibə və “cihad”: İran nə edəcək, yaxud Xamenei Xomeyni olacaqmı?
09:58 Bakının bu rayonunda qaz olmayacaq
09:52 Bu ölkələrin vətəndaşları da İrandan Azərbaycana keçdi
09:42 İran dövlət televiziyası fəaliyyətini bərpa etdi