hemle

"WhatsApp"da yenilik: Reklamlar və pullu abunəliklər gəlir

Tarix:Bu gün, 10:14
Baxış Sayı:501

"WhatsApp"da yenilik: Reklamlar və pullu abunəliklər gəlir"Meta" şirkəti 2014-cü ildə "WhatsApp"ı aldıqdan sonra ilk dəfə olaraq messencerdə reklamlar təqdim edir.

Bu barədə "The Bell" məlumat yayıb.

Məlumata görə, reklamlar gündəlik 1.5 milyard baxış toplayan yeniləmələr bölməsində görünəcək.

Reklamçılar, həmçinin kanallarını tanıtmaq və ödənişli abunəlikləri satmaq imkanı əldə edəcəklər.

Reklamların şəxsi məlumatlara əsaslandığı "Instagram" və "Facebook"dan fərqli olaraq, "WhatsApp"da hədəfləmə zəif olacaq. Reklam təklifləri istifadəçinin dilindən, bölgəsindən və kanal abunəliyindən asılı olacaq, lakin şəxsi yazışmalara təsir etməyəcək.

Şirkət əmin edib ki, "WhatsApp"dan yalnız mesaj və zənglər üçün istifadə edən istifadəçilər heç bir dəyişiklik hiss etməyəcəklər.

Digər xəbərlər
10:14 "WhatsApp"da yenilik: Reklamlar və pullu abunəliklər gəlir
09:58 Regional müharibə və “cihad”: İran nə edəcək, yaxud Xamenei Xomeyni olacaqmı?
09:58 Bakının bu rayonunda qaz olmayacaq
09:52 Bu ölkələrin vətəndaşları da İrandan Azərbaycana keçdi
09:42 İran dövlət televiziyası fəaliyyətini bərpa etdi
09:31 Kiyevə hava hücumu - Ölənlər və xəsarət alanlar var
22:59 Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA
22:57 Pakistan İranla sərhədləri bağladı