hemle

Rusiya sülhməramlılarının missiyasına kölgə salan məqamlar - VİDEO

Tarix:29-12-2020, 18:35
Baxış Sayı:465

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında noyabrın 10-da Qarabağla bağlı imzalanan üçtərəfli bəyanata əsasən, erməni hərbçiləri həm Ordumuz, həm də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən çıxarılmalı idi. Lakin bəzi erməni hərbi qruplaşmaların mövqeləri tərk etməkdən boyun qaçırır və əsgərlərimizə hücumlar etməyə cəhd göstərirlər. Sonuncu dəfə dekabrın 27-də Xocavənd rayonunun Ağdam kəndi istiqamətində Ermənistan silahlı bölmələrinin qalıqlarından ibarət altı nəfərli dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz şəhid olub, qanunsuz hərbi birləşmənin altı üzvü cavab atəşi ilə məhv edilib.

Bəs bu kimi insidentlərin baş verməməsi üçün Rusiya sülhməramlılarının üzərinə hansı vəzifələr düşür?

Bununla bağlı İctimai Televiziyada xüsusi videosüjet hazırlanıb.

Rusiya sülhməramlılarının vəzifəsi Qarabağda sülh yaratmaqdır. Bunun yolları noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda və beynəlxalq hüquqda öz əksini tapıb. Sülhməramlı öhdəliklərini yerinə yetirməli, terrorçularla bir masaya oturmamalı, xidmət apardığı ölkənin qanunlarına hörmətlə yanaşmalıdır. Lakin biz Rusiya sülhməramlılarının terrorçuların rəhbəri ilə qucaqlaşdığının, onların əski parçasının qarşısında şəkil çəkdirdiyinin şahidi oluruq. Bu isə sülhməramlı qüvvələrin neytrallığını şübhə altına alır.

Ətraflı süjeti təqdim edirik:

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir