hemle

6 aylıq komadan sonra şəhid oldu...

Tarix:19-04-2021, 11:37
Baxış Sayı:425

6 aydır komada olan Vətən müharibəsi iştirakçısı, 26 yaşlı Nurlan Əbilov şəhidlik zirvəsinə ucalıb.

Bu barədə “Qafqazinfo”ya şəhidin həyat yoldaşı Aydan Əbilova məlumat verib. Onun sözlərinə görə, N. Əbilov bu gün səhər saat 7:00-da şəhid olub. O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən itirib, anası isə 4 il öncə rəhmətə gedib. O, Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb, 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Yaralanandan da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

Şəhidin 3 və 5 yaşlarında iki oğlu var.

Xatırladaq ki, “Qafqazinfo” bir müddət əvvəl komada olan Nurlan Əbilovla bağlı məqalə hazırlamışdı. Həyat yoldaşı Nurlanın vəziyyətinin gündən-günə geriyə doğru getdiyini bildirmişdi. BDU-nun coğrafiya fakültəsini bitirən Nurlan Əbilov anasının xəstəliyi səbəbindən təhsilini bir müddət dondurub, diplomunu ala bilməyibmiş. Diplomunu ailəsinə o döyüşdə olanda göndəriblər, Nurlan Əbilova diplomunu görmək qismət olmayıb.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar