hemle

Karantin postlarının yenidən qurulacağı ilə bağlı xəbərlərə DİN-dən – Reaksiya

Tarix:6-04-2021, 12:52
Baxış Sayı:276

Sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, yaxın günlərdə yenidən sərt karantin tətbiq olunacaq və hazırda bu prosesə hazırlıq işləri həyata keçirilir.

hemlemedia.az məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxlayıb. O, bildirib ki, sərt karantinin tətbiq olunması ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilir. Hazırda nazirlik də həmin qərarı gözləyir: “Biz Operativ Qərargahın qərarını gözləyirik. Hələ ki, belə bir qərar verilməyib”.

DİN-dən həmçinin bildirilib ki, hazırda həmin postlarda heç bir hazırlıq işi görülmür.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir