hemle

Karantin postlarının yaradılacağı ərazilər AÇIQLANDI

Tarix:11-12-2020, 12:35
Baxış Sayı:313

Dekabrın 14-dən etibarən Azərbaycan ərazisində 5 şəhər və 12 rayonda giriş-çıxışlara məhdudiyyət qoyulacaq.

Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

O bildirib ki, sərt karantin rejimi ilə əlaqədar həmin ərazilərə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:

"Quraşdırılan postlardan yalnız operativ nəqliyyat vasitələrinin və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) avtomobillərinin hərəkətinə icazə veriləcək, digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətinə icazə verilən sahələrin əməkdaşları və nəqliyyat vasitələri isə yalnız e-icaze.gov.az portalından qeydiyyatdan keçməklə hərəkət edə bilərlər".


Şöbə rəisi bildirib ki, bununla yanaşı, dekabrın 14-dən etibarən həmçinin sərt karantin tətbiq edilən 5 şəhər və 12 rayonun ərazisində də hərəkət məhdudiyyəti tətbiq ediləcək: "Həmin ərazidə yaşayan və fəaliyyətinə icazə verilməyən şəxslər yalnız sms - icazə ilə yaşayış yerini müvəqqəti tərk edə bilərlər. Bunun üçün də həmin şəhər və rayonların ərazisində karantin - nəzarət postları quraşdırılacaq. Postlar dekabrın 14-də saat 00:00-dan fəaliyyətə başlayacaq".

Digər xəbərlər
09:13 Baku Piano Festival 2025 gəlir
09:04 Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ
08:49 Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ