hemle

Yol polisi sürücülərə müraciət etdi

Tarix:20-06-2020, 23:59
Baxış Sayı:508

Yol polisi avtomobil sahiblərinə və sürücülərinə müraciət edib.
Atəş.az
-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri karantin rejiminin tələblərini düzgün yerinə yetirsinlər, özlərini qorusunlar, başqalarının təhlükəsizliyinin təmin edilməsi üçün məsuliyyətlərini dərk etsinlər.
"Bir daha karantin rejimi tələblərinin yerinə yetirilməsinin vacib olmasını xatırladaraq sürücülərə və avtomobil sahiblərinə məlum sərt karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün tövsiyyə edirik ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları düzgün yerinə yetirilsin. Polis əməkdaşları tərəfindən isə təhlükəsizlik təmin edilir.Yoluxma hallarının qarşının alınması üçün sürücülər və sərnişinlər qoruyucu vasitələrdən istifadə etsinlər.
Hər bir sürücü məsuliyyətli olmalı, qaydalara uyğun hərəkət etməli, avtomobildə aparılan sərnişinlərin isə sənədləri düzgün olmalıdır", - deyə o bildirib.
“Zərurət yaranmadıqda sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə olunması tövsiyə edilir. Pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir nəqliyyat vasitəsinin sürücüsü məcbur qalmadıqda evdən bayıra çıxmasın.
Sürücülərdən bir daha xahiş edirik ki, tələblərə uyğun hərəkət etsinlər”, - deyə V.Əsədov qeyd edib.

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?