hemle

Putin daha iki dəfə prezident seçilə bilər

Tarix:24-03-2021, 18:05
Baxış Sayı:295

Rusiya Dövlət Duması mövcud dövlət başçısına daha iki dəfə namizədliyini irəli sürmək hüququ verən qanun layihəsini qəbul edib.

hemlemedia.az “Sputnik”ə istinadən xəbər verir ki, bununla Prezident Vladimir Putin daha iki dəfə seçkilərə qatıla biləcək.

Qeyd edək ki, iyulun 1-də keçirilən referendumda qəbul edilən Konstitusiyaya əsasən, dövlət başçısı namizədləri üçün şərtlər yenidən tənzimlənmişdi.

Belə ki, ən azı 35 yaşlı və ən azı 25 ildir Rusiyada yaşayan, başqa ölkə vətəndaşlığı olmayan Rusiya vətəndaşları dövlət rəhbərliyinə namizədliyini irəli sürə biləcək.

Qanuna görə, Putin 2024-cü ildə vəzifəsinin müddəti başa çatdıqdan sonra daha iki dəfə prezidentliyə namizəd ola biləcək.

Digər xəbərlər
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq