hemle

Rusiyada vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqəsi ala biləcək

Tarix:24-02-2021, 12:28
Baxış Sayı:359

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası ərazisində yaşayan, lakin heç bir ölkədə vətəndaşlığı olmayan şəxslər üçün on il müddətinə müvəqqəti şəxsiyyət vəsiqələrinin verilməsini nəzərdə tutan qanun imzalayıb.

Sənəd fevralın 24-də rəsmi hüquqi məlumat portalında dərc olunub.

Yeni dəyişikliklərə görə, sözügedən sənədi almış şəxs hər hansı bir ölkədə vətəndaşlıq və ya yaşamaq icazəsi alarsa, sənəd ləğv ediləcək və 15 gün ərzində Rusiya Federasiyasını tərk etməli olacaq. Həmçinin, müvəqqəti sənəd yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi faktı aşkar edildikdə ləğv olunacaq.

Bundan əlavə, müvəqqəti sənəd ilə vətəndaşlığı olmayan şəxslərin yaşadığı yerdə qeydiyyata alınması bu sənədin verildiyi tarixdən yeddi iş günü keçdikdən sonra həyata keçiriləcək.

Digər xəbərlər
15:20 Bu ölkədə qurban kəsmək qadağan olundu: Çünki...
15:11 Ermənistan arxivindən hansı materiallar Azərbaycana verilib? - Sensasion DETALLAR
15:01 Gədəbəydə başına torba keçirilən qadın öldü - Rəsmi açıqlama
10:07 Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib - Şok iddia
09:13 Baku Piano Festival 2025 gəlir
09:04 Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ
08:49 Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı