hemle

PUTİN KORONAVİRUSA YOLUXUB? – ÖZÜ AÇIQLAMA VERDİ

Tarix:28-06-2020, 20:11
Baxış Sayı:427

Rusiya prezidenti Vladimir Putin bildirib ki, daimi olaraq koronavirusla bağlı testlər verir. Testlərin hamısının nəticələri mənfi olub.

hemlemedia.az saytı ONN media agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu barədə “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin” adlı verilişində deyib.

Jurnalistin tez-tez virusla bağlı test verirsiz sualına, Putin “Müntəzəm, hər üç-dörd gündə bir dəfə”, – deyə cavab verib.

Analizlərin nəticələrinin mənfi olub-olmaması bardə suala dövlət başçısı belə cavab verib: “Allaha şükür, hələ ki, bəli yaxşıdır”.

Putin həmçinin ölkədəki epidemoloji vəziyyətə də diqqət çəkib:

“Allaha şükür, indi epidemiya geri çəkilir və ölkədə vəziyyət yaxşılaşır”.
hemlemedia.az

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı