hemle

İlham Əliyev Pakistan prezidentini təbrik etdi

Tarix:22-03-2021, 16:35
Baxış Sayı:285

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Arif Alviyə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“23 mart − Pakistan Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı əlaqələr ortaq tarixi, dini, mədəni köklərə malik qardaş xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllər üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətlərimizin hazırkı yüksək səviyyəsi böyük məmnunluq doğurur.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı Pakistanın nümayiş etdirdiyi qəti və birmənalı mövqe, haqq işimizə göstərdiyi tərəddüdsüz dəstək və həmrəylik xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir.

Mən Azərbaycan ilə Pakistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Əminəm ki, qarşılıqlı etimad, dəstək və həmrəyliyə əsaslanan dövlətlərarası münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək