hemle

Dörd saatdan çox davam edən mətbuat konfransı başa çatdı

Tarix:26-02-2021, 16:12
Baxış Sayı:286

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün təşkil olunan mətbuat konfransı təxminən 4 saat 20 dəqiqə davam edib.

hemlemedia.az-ın verdiyi xəbərə görə, tədbirin sonunda konfransın moderatoru, Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, dövlət başçısı mətbuat konfransında 35-dən artıq dünya mediasının 50-yə yaxın sualını cavablandırıb.

Prezident İlham Əliyev də mətbuat konfransı iştirakçılarına təşəkkür edib: “Siz mənim sözlərimə diqqətlə qulaq asdınız. Həm mənim üçün, həm də sizin üçün bu mətbuat konfransı faydalı oldu. Mən sizin vasitənizlə ölkələrinizdə yaşayan insanların diqqətinə Azərbaycan həqiqətlərinin bir hissəsini çatdıra bildim. Əminəm ki, belə səfərlər tez-tez həyata keçiriləcək. Siz indi dağılmış yerlərə səfər etdiniz, baxdınız. Bir müddətdən sonra o yerləri bərpa edilmiş vəziyyətdə görəcəksiniz. Bir daha sizə təşəkkür edirəm və uğurlar arzu edirəm”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir