hemle

Hikmət Hacıyev: “Quruculuq işləri aparılacaq ki, məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıda bilsinlər”

Tarix:6-02-2021, 12:02
Baxış Sayı:293

2016-cı ilin Aprel döyüşlərinə qədər Cocuq Mərcanlı işğalçı erməni silahlı qüvvələrinin nəzarətində olduğu üçün burada tikinti-quruculuq işləri həyata keçirə bilmirdik.

2017-ci ilin fevralında diplomatik korpusun nümayəndələri ilə Cocuq Mərcanlıya səfər edəndə bura tamamilə dağılmış vəziyyətdə idi. Biz eyni dağıntıları işğaldan azad edilmiş digər ərazilərdə də görürük. Bunu sizinlə səfərdə bir daha görəcəyik”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cocuq Mərcanlıda çıxış edərkən deyib.


O bildirib ki, prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə ardıcıl və planlı şəkildə quruculuq işləri aparılacaq.

“Quruculuq işləri aparılacaq ki, məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıda bilsinlər. Cocuq Mərcanlıda yaşayan yerli əhalinin kənd təsərrüfatı ilə məşğul olması üçün şərait yaradılıb”, - deyə H.Hacıyev bildirib.

O, tərəfdaş, dost, qardaş ölkələrə təşəkkür edərək deyib: “Onlar da bu kənddə olan mülki əhalinin məşğulluğu üçün əlavə imkanlar yaradıblar”.

Digər xəbərlər
22:56 Biz Türkiyə mediasından bunu gözləmirdik! - RƏSMİLƏR NİYƏ SUSUR?
22:53 ABŞ səfirliyi vətəndaşlarına ÇAĞIRIŞ ETDİ - İranı Azərbaycan vasitəsilə tərk edin
22:50 Güclü qasırğa Ermənistanda şəhəri ALT-ÜST ETDİ - Xəsarət alanlar var
22:46 Rusiyalı alimlər İrandan Azərbaycana təxliyə edildilər
22:19 SEPAH-ın kəşfiyyat rəisi və müavini ÖLDÜRÜLDÜ
22:16 Xameneiyini öldürəcəklər? - İranda rejimi dəyişdirmək planının şifrələri
09:23 İranın ümumilikdə 14 nüvə alimi öldürüldü
09:11 Bakı-Qazax sürətli sərnişin qatarı istifadəyə verildi