hemle

Güclü qasırğa Ermənistanda şəhəri ALT-ÜST ETDİ - Xəsarət alanlar var

Tarix:Dünən, 22:50
Baxış Sayı:442

Güclü qasırğa Ermənistanda şəhəri ALT-ÜST ETDİ - Xəsarət alanlar varErmənistanın İrəvanın şimal-qərbində yerləşən Aparan şəhərində güclü qasırğa nəticəsində 4 nəfər xəsarət alıb.

Bu barədə "Facebook"da ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

Onun sözlərinə görə, saat 16:10-dan (Bakə vaxtı ilə eyni) güclü qasırğa rayonda binaların dam örtüklərinə və nəqliyyat vasitələrinə ziyan vurub. Dörd zərərçəkənə tibbi yardım lazım olub.

"Sputnik Ermənistan"ın məlumatına görə, onların arasında üç böyük və bir uşaq var. Onlar orta və yüngül xəsarət alıblar.

Son məlumatlara görə, qasırğa 21 binanın dam örtüyünə, 19 minik avtomobilinə və üç yük maşınına ziyan vurub, 15 ağacı və 8 elektrik dirəyini uçurub.

Təhlükəsizlik məqsədilə şəhərdə işıq, qaz və su təchizatı dayandırılıb.

Digər xəbərlər
22:56 Biz Türkiyə mediasından bunu gözləmirdik! - RƏSMİLƏR NİYƏ SUSUR?
22:53 ABŞ səfirliyi vətəndaşlarına ÇAĞIRIŞ ETDİ - İranı Azərbaycan vasitəsilə tərk edin
22:50 Güclü qasırğa Ermənistanda şəhəri ALT-ÜST ETDİ - Xəsarət alanlar var
22:46 Rusiyalı alimlər İrandan Azərbaycana təxliyə edildilər
22:19 SEPAH-ın kəşfiyyat rəisi və müavini ÖLDÜRÜLDÜ
22:16 Xameneiyini öldürəcəklər? - İranda rejimi dəyişdirmək planının şifrələri
09:23 İranın ümumilikdə 14 nüvə alimi öldürüldü
09:11 Bakı-Qazax sürətli sərnişin qatarı istifadəyə verildi