hemle

Cocuq Mərcanlı sakinləri necə yaşayır

Tarix:3-11-2018, 16:24
Baxış Sayı:842

Cocuq Mərcanlı kəndi 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 1994-cü ildə həyata keçirilən “Horadiz” əməliyyatı zamanı Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsi ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilib. Lakin Lələtəpə yüksəkliyi erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin ora qayıtmasını mümkünsüz edirdi. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyi erməni işğalından azad edilib və kənddə insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş ərazidə əsaslı yenidənqurma işləri aparılıb.

Cocuq Mərcanlı kəndinə ilkin mərhələdə 50 ailə, ikinci mərhələdə isə 70 ailə köçürülüb. Ümumilikdə, 1428 nəfərin köçürüldüyü kəndə daha 30 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulub.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq