hemle

Ermənistandakı hərbi hissədə qiyam-əsgərlər kütləvi şəkildə fərarilik etdilər

Tarix:24-02-2021, 18:24
Baxış Sayı:359

Ermənistandakı hərbi hissələrin birində əsgərlərin məzuniyyətdən xidmət yerinə qayıtmaq istəməməsilə bağlı insident baş verib.

hemlemedia.az bununla bağlı erməni mediasına istinadən xəbər verir. Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 23 fevralda bir qrup hərbçi və onların valideynləri əsgərlərin daimi yerləşmə ərazisinə qayıtmalarına mane olublar. Nəticədə hərbi hissənin ərazisində qarışıdurma baş verib. Bir neçə əsgər isə qarışıqlıqdan istifadə edərək hərbi hissəni qanunsuz olaraq tərk etməyə cəhd göstərib.

Məlumatda deyilir ki, hissə komandanlığı xidməti araşdırma aparılması barədə əmr verib. Hərbi polis fərarilik etmiş əsgərlərin tapılması istiqamətində hərəkətə keçib, onlarla bağlı cinayət işi qaldırılıb. Ermənistanın Müdafiə Nazirliyi vətəndaşlara müraciətində hadisəni pisləyib və bu cür addımlardan çəkinməyə çağırıb. Bildirilib ki, belə hərəkətlər silahlı qüvvələrin döyüş effektivliyini təhlükəyə atmaq, müharibədən sonrakı döyüş tapşırıqlarının yerinə yetirilməsinə mane olmaqdır.

Qeyd edək ki, Ermənistan ordusunun 10 mindən artıq hərbçisinə qarşı fərarilik ittihamı ilə cinayət işi qaldırılıb. Ordunun böyük hissəsinin darmadağın olmasından sonra yerdə qalan əsgərlər də xidmətdən boyun qaçırırlar.

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan