hemle

Qatarla Xırdalan və Sumqayıta gedənlərin nəzərinə: dəyişiklik edildi

Tarix:5-11-2024, 20:59
Baxış Sayı:455



"Azərbaycan Dəmir Yolları" QSC noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar iki qatarın ehtiyatda saxlanması məqsədilə 11-23 noyabr tarixlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edir.

Bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

Belə ki, qeyd edilmiş müddət boyunca həftənin iş günlərində (iş günü elan edilmiş 16 və 23 noyabr tarixləri daxil olmaqla):

- Bakıdan saat 08:10, 17:50 və 19:05,

- Sumqayıtdan saat 07:20,

- Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri müvəqqəti olaraq ləğv edilir.

Xırdalan istiqamətində və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən digər qatarların hərəkət qrafiki dəyişiklik edilmədən qüvvədə saxlanılır.

Digər xəbərlər
09:27 İrana bu qüvvə hücum edəcək, yeni dövlət yaradılacaq - Ssenari
09:24 Beynimiz bizi aldadır: Bənövşəyi rəng mövcud deyil
09:20 Türkiyədə 75 nəfərlik qrup itkin düşdü
09:18 ŞOK İDDİA: "Xameneini qəsdən sağ buraxıblar ki..."
09:16 İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı AÇIQLANDI
22:56 Biz Türkiyə mediasından bunu gözləmirdik! - RƏSMİLƏR NİYƏ SUSUR?
22:53 ABŞ səfirliyi vətəndaşlarına ÇAĞIRIŞ ETDİ - İranı Azərbaycan vasitəsilə tərk edin
22:50 Güclü qasırğa Ermənistanda şəhəri ALT-ÜST ETDİ - Xəsarət alanlar var